BADCLAUSE - Sevdim Səni

Песня "Sevdim Səni" - исполнителя BADCLAUSE - скачать в mp3 или слушать бесплатно.

Длительность: 2:39

Размер: 3.9Mb

Прослушано: 690

Клип к песне Sevdim Səni




Текст песни

Ətrini qoxlamadan sevdim səni, sevdim yəni
Limanda yorğun ayaqlar gözlədi, gəlmədi gəmi
Sevmədi məni, nə də saymadı təqvimləri
Xətrinə şeir yazıb, vərəqə düzdüm hər cümləni

Hər cümə səni görməkçün bir neçə söz bəs eləyirdi
Çoxdan küsüb o məndən, amma gözləri yenə nəsə deyirdi
Lal olan ayaqlar gedirdi, kar olan hisslərin ardınca
Gündən-günə keçir ömür, hər səhər sənsiz oyandıqca

Günəş nurunu üzümə vurub gizlənirdi hardasa
Yağış təbiəti necə unudar torpaq hələ də yaşdırsa?
Yol daşdırsa, sənə gələ bilməsəm əgər, ara bir yada sal
Sənə 20 mahnı, 4 kitab, bir ömür yazdım hardasa!

Gəl, hardasan?! Həmin yerdəsənmi hələ də?
Tozlanıbmı pəncərələr, varmı yanında bir kimsə?
İtirdim kimisə... Bilirsən necə tək qaldım?!
Yeganə doğmamsan ki, illərdir yad kimisən...

Ayrılığımıza şahid olan hər bir küçənin
Tozunda, torpağında ətrin qalıb ilk günkü kimi
Təki sən gül deyə mən neçə gülü qırdım az yaşında
Təxmini üç ildir qalıb ayrı saçların balışımdan

Sevməsən də sevərəm
Geri gəlməsən gözlərəm
Dedin geriyә dönmәrәm ovuclarına

Mənim əllərimdə sənə gül
Sənin əllərində bir ömür
Göz yaşlarım da süzülür yollarına

Bilmirsən sən...
Təxmini üç ildir qalıb ayrı saçların balışımdan
Sən bilən əvvəlki kimi gözəl qoxmur saçım, saqqalım
Kölgən gözümə qaranlıq dəyirdi şər qarışanda
Qalanlar ölümə məhbus olur, gedənlərsə sağ qalır

Dolaşır əlimə saçları qəhvəyi gözlərində qəm
Dodaqlar adını sayıqladı və gördü gözlərim nələr
Xəbərsiz çıxıb getdi ürəyimdən gözlənilmədən
Ona görə yaşamaq daha çətin gəlir ölümə nisbətən

Mənim əllərimdə sənə gül
Sənin əllərində bir ömür
Göz yaşlarım da süzülür yollarına

Показать текст

Популярные треки

Someone - Vanotek, Denitia
2 Die 4 - Tove Lo
In The Dark - Purple Disco Machine, Sophie and the Giants
#HABIBATI - Пошлая Молли, HOFMANNITA
ИСКАЛА - Земфира

Будьте первым кто оставит комментарий!